Tolik və Nadirdən Elvinə sərt sözlər - Qalmaqal

24 Avqust 2015 16:30 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, müğənni Nadir Qafarzadə sosial şəbəkədə sənətçiyə cavab verib:


"Elvin, mən dünənki uşaq deyiləm ki, kimsə məni idarə etsin. Danışığına fikir ver".


E.Abdullayevin "Şou-biznesi Tolik idarə edə bilməz. Bu aləmi qaldırmaq məsələsi onluq deyil. O, sadəcə, iş düzüb-qoşa bilər" sözlərinə prodüserdən sərt açıqlama gəlib:


"Elvin deyəsən gündəmdə qalmaq istəyir. Mənim adımla gündəmə gəldin. Elvin, mən İlhamə xanıma deyərəm səni qruplaşmaya götürsün. Axı o mənə çox hörmət dir. Mənə xalqım qiymət versin, ucaltsın. Allahıma min şükür olsun ki, bəzi xalq artistlərindən və sinəsinə döyən müğənnilərdən çox izləyicim var. Elə sevənlərim də.. Allah onları mənə çox görməsin".


Qeyd edək ki, E.Abdullayev "Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev və Röya da şou-biznesi idarə edənlər arasındadır. Kimsə çaşanda isə İlhamə xanım ona çəki-düzən verir. Hərənin öz qruplaşması var. Mən İlhamə Quliyevanın qruplaşmasında olmaq istəyərəm" deyə, açıqlama vermişdi.