Movqe.az-ın məlumatına görə, ifaçı yeni doğulan oğlu Daviddən bəhs edib:
"Analıq müqəddəs hisdir. Çox xoşbəxtik. 9 ay o qədər xoşbəxt günlərdir ki, heç nə haqda düşünmürsən. Kökəlmək belə əhəmiyyətli olmur. David atasına da, mənə də oxşayır. Alagöz və sarışındır. Uşağı efirə çıxarmaq istəmirəm. Mən belə halları aşkar etməyi xoşlamıram".
E.Çingiz isə xanımına oğlunu saxlamaqda kömək etdiyini bildirib:
"Atalıq hissi də müqəddəsdir. Yuxusuz gecələrimiz olur. Amma bu önəmli deyil. Emmaya kömək edirəm. Gecə o yatırdı, mən körpəyə baxırdım".
E.Ələkbərzadə yaradıcılığından da danışıb:
"Mən fəal biri deyiləm. Gündə bir mahnı təqdim edə bilmərəm. Lirik bir bəstə üzərində çalışıram. Onunla sənətə qayıtmağı düşünürəm".