Yerüstü piyada keçidlərinin yenilənməsi istiqamətində aparılan işlərin 90%-i görülüb
Bakı şəhərinin Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından hava limanı qovşağınadək olan hissəsində yerləşən yerüstü piyada keçidlərinin üzlüklərinin yenilənməsi işləri aparılır. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, həmin yolda yerləşən 6 yerüstü piyada keçidinin köhnəlmiş üzlükləri sökülərək yeniləri ilə əvəzlənib.
Yerüstü piyada keçidlərinin yenilənməsi istiqamətində aparılan işlərin 90%-i görülüb. Hazırda keçidlərdə pəncərələrin qoyulması işləri aparılır. Təmir işləri zamanı keçidlərin işıqlandırma sistemi də tam olaraq yenilənir.
İşlər tərtib olunmuş qrafikə əsasən həyata keçirilir və yaxın günlərdə yekunlaşdırılması planlaşdırılır.