Türkiyə anti-İŞİD koalisiyasına qoşuldu

26 Avqust 2015 11:16 (UTC+04:00)

Amerika Birləşmiş Ştatları müdafiə nazirliyi Türkiyənin anti-İŞİD koalisiyasına qoşulduğunu təsdiqləyib.

Movqe.az-ın məlumatına görə Pentaqonun mətbuat katibi Piter Kuk bu barədə açıqlama verib. Kuk Ankaranın bu qərarını İŞİD-ə qarşı mübarizədə vacib bir addım adlandırıb.

Piter Kuk deyib: "Türkiyənin koalisiyaya qoşulmasını gözləyirdik. Əməkdaşlığın maddi-texniki problemlərini həll etməyə nail olduq. Bununla biz Amerika Birləşmiş Ştatları, Türkiyə və digər koalisiya ölkələrinin bundan sonra hansı addımlar atacağını yenidən gözdən keçirmək üçün imkan yarandığını görürük. Əldə olunan razılaşma hava tapşırıqlarının yerinə yetirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Razılaşma İŞİD-ə havadan zərbə endirmək üçün keçirilən əməliyyatlara kömək edəcək"


Türkiyə-Suriya sərhədinin xəritəsi


Türkiyə hərbi hava güvvələri İŞİD mövqelərini ilk dəfə iyulun sonunda bombardman edib, lakin ölkə hakimiyyəti bu addımı ölkənin ABŞ-ın başçılıq etdiyi koalisiya tərkibində deyil müstəqil şəkildə atdığını iddia edirdi.

Türkiyə hökuməti bir müddət əvvəl Amerika qırıcılarının İŞİD-ə qarşı mübarizədə İncirlik hərbi bazasından istifadəsinə icazə vermişdi.