Leyla Əliyeva anasını belə təbrik etdi - FOTO
26 Avqust 2015 11:46 (UTC+04:00)
Prezident İlham Əliyevin qızı, Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva, anası Mehriban Əliyevanı
ad günü münasibəti ilə təbrik edib.
Movqe.az xəbər verir ki, bu
barədə Leyla Əliyeva sosial şəbəkədəki səhifəsində yazıb:
"Mənim ona olan səmimi hisslərimi sözlə
ifadə etmək olduqca çətindir: Böyük sevgi, hörmət və
heyranlıq...Onun qızı olduğum üçün həmişə fəxr etmişəm. Bütün dünya
onu gözəl və zərif qadın kimi tanıyır. O, bu dünyanı daha da gözəl
edir. O, qətiyyətli, qorxmazdır, yorulmur... Adətən bu sıra
`cəsarətli` sözü ilə tamamlanır. Lakin o, qadınlığın həqiqi
təcəssümüdür. Özümü dərk etdiyim andan anam həmişə, hətta ən çətin
vəziyyətdə belə öz mövcudluğu ilə dinclik və nizam hissini
aşılayıb. Mən hesab edirəm ki, Tanrı bu dünyaya onu öz missiyasını
həyata keçirməyə - dünyada xeyirxahlığı saxlamağa
göndərib. Bizim hər birimiz öz anamızı
sevirik. Bu olduqca xüsusi, heç nə ilə müqayisə olunmayan bir
hissdir. Bu sevgi yaşından asılı olmayan övlad üçün sonsuz güc
mənbəyidir. Lakin bəzən ana sevgisi ailə sərhədlərini aşaraq öz
gücü ilə bütün ölkənin həyatını dəyişə bilər. Bu gün, uşaqlıq
illərində olduğu kimi, o mənim üçün dünyanın ən sevimli və
yaraşıqlı insanı olaraq qalır. Ad günün mübarək, ana!`, - deyə
Leyla Əliyeva yazıb.
Qeyd edək ki, bu gün Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban Əliyevanın doğum
günüdür.