Yarım milyona yaxın dollar olan seyfi oğurlamış qrupun daha bir üzvü tutuldu

27 Avqust 2015 14:54 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, avqustun 25-də Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Renessans-İnşaat" MTK-nın ofisindən içərisində 450.000 ABŞ dolları olan seyfi oğurlamış qrupun digər üzvü - Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Ramin Məhərrəmov tutulub. Saxlanılarkən ondan 3,08 qram tiryək götürülüb.


Qeyd edək ki, avqustun 1-də "Renessans-İnşaat" MTK-nın ofisindən içərisində 450000 ABŞ dolları olan seyfi oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əhmədov tutulub.