Qaçqın faciəsi: 50 ölü

27 Avqust 2015 15:45 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İtalyan sahil təhlükəsizlik qrupları , Liviya ərazisindəki bir gəmidə təxminən 50 qaçqın meyidi tabıp.

AB adına danışan sözcü, AB-nin sərhəd təhlükəsizliyinə nəzarət edən Frontex proqramına bağlı "Poseidon" adlı gəminin kömək etmək məqsədi ilə gəmiyə yaxınlaşdığını deyib.

Axtarış zamanı gəmidə təxminən 50 cəsədin tapıldığını deyən sözcü, 430 nəfərin isə xilas edildiyini bildirib .

Birləşmiş Millətlər Təşkilatı, indiyə kimi dəniz yolu ilə Avropaya keçməyə çalışan 2 mindən çox adamın həyatını itirdiyini açıqlayıb.