İrandan gələn qadının əl çantasından narkotik tapıldı

27 Avqust 2015 17:35 (UTC+04:00)

Gömrükçülər İrandan Astaraya piyada yolla gələn Azərbaycan vətəndaşı Xavər Cahangirovadan narkotik maddə aşkarlayıb. Dövlət Gömrük Komitəsindən Movqe.az-a verilən məlumata görə, gömrük nəzarətindən keçərkən onun əl çantasından 8 ədəd həb şəklində olan "Metadone-40" adlı dərman preparatı aşkar edilib. Xatırladaq ki, "Metadone-40" adlı dərman preparatı ""Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr"in II Siyahısına daxildir və 8 ədəd həbdə metadonun təsiredici maddəsinin xalis çəkisi 0,32 qram təşkil edir.