Prezident İlham Əliyev Biləsuvar Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

27 Avqust 2015 17:34 (UTC+04:00)

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb

Prezident İlham Əliyev "Biləsuvar rayonunun Əsgərabad-Muğan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Movqe.az xəbər verir ki, sərəncamla 10 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Əsgərabad-Muğan avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3 milyon manatı Biləsuvar Rayon İcra Hakimiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.