Telefon borcunu onlayn ödəniləcək

28 Avqust 2015 23:30 (UTC+04:00)

Artıq rabitə xidmətlərinə görə borcun olub-olmaması haqqında arayışı əldə etmək üçün Telefon qovşaqlarına müraciət etməyə ehtiyac yoxdur.Movqe.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, "Elektron hökumət" portalının (https://www.e-gov.az) təqdim etdiyi "Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış" elektron xidmətindən istifadə edərək rabitə xidmətlərinə görə borc barədə arayışınızı onlayn formalaşdıra bilərsiniz.Nazirlik bildirib ki, Bunun üçün "Elektron hökumət" portalına girişinizin (kod/parol) olması kifayətdir.Təqdim olunan elektron arayışda sənədin nömrəsi, verilmə tarixi, vətəndaşın tam adı, qeydiyyatda olduğu ünvan, ünvanda qeydiyyatda olan telefon nömrəsi və hansı tarixə rabitə borcun olmaması barədə məlumat öz əksini tapacaq.Arayışın həqiqiliyi QR-kod və ştrix kod ilə təsdiqlənir, mövcudluğu isə portal üzərindən "Elektron arayışların yoxlanılması" xidməti vasitəsilə yoxlanıla bilər.Qeyd edək ki, ötən ay ərzində "Elektron hökumət" portalı vasitəsilə "Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış" elektron xidmətindən 1 064 dəfə istifadə edilib.