Azərbaycan nefti 3,6 dollar bahaşıb

29 Avqust 2015 12:00 (UTC+04:00)

Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 3,64 dollar, yaxud 7,76% bahalaşıb.

Movqe.az xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,54 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 46,23, dünən isə 46,90 dollar/barel olub.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.