Məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb
Əfqanıstanın şərqində "Taliban" hərəkatının üzvlərinin hücumları zamanı ən azı 8 polis ölüb, 15-i yaralanıb. Movqe.az xəbər verir ki, məlumatı "RİA Novosti" yayıb.
Qəzni vilayalətinin polis təmsilçisi Əsadullah Ənsafinin sözlərinə görə, cümə günü yaraqlılar Andar və Qarabağ yaşayış məntəqələrində yerləşən polis blokpostlarına hücum çəkib. Hücumlara görə məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.
Ə.Ənsafi deyib ki, cümə günü axşam Qəzni vilayalətində Əfqanıstan ordusunun aviazərbələri nəticəsində 16 yaraqlı məhv edilib, 17 nəfər yaralanıb.