Mevafiq razılaşma bu gün Parisdə əldə olunub
Doqquz Avropa dövlətinin daxili işlər nazirləri bu gün Parisdə keçirdikləri görüş nəticəsində dəmir yolu nəqliyyatında təhlükəsizlik tədbirlərinin gücləndirməsinə dair razılığa gəliblər.
Movqe.az RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, razılığa əsasən biletlərin üzərində sərnişinlərin adları yazılacaq, baqaja nəzarət mexanizmləri isə təkmilləşdiriləcək.
Razılaşmaya Fransa, Britaniya, Almaniya, İtaliya, İspaniya, Belçika, Lüksemburq, Niderland və İsveçrə qoşulub.