Milli Məclisin sentyabr ayı üçün iş təqvimi məlum olub

1 Sentyabr 2015 12:44 (UTC+04:00)

MM-dən Movqe.az-a verilən məlumata görə, artıq sentiyabr ayı üçün parlament rəhbərliyinin və deputatların qəbul günləri müəyyənləşib. Komitələrin iclasları sentyabrın 15-dən başlayacaq, parlamentin ilk plenar iclası isə sentyabrın 30-da keçiriləcək. Bu, IV çağırış Milli Məclisin son sessiyası olacaq.

Qeyd edək ki, noyabrın 1-də V çağırış Milli Məclisə seçkilər keçiriləcək.