Gürcüstanda xarici işlər naziri dəyişib

1 Sentyabr 2015 15:13 (UTC+04:00)

Movqe.az-ın "Sputnik-Georgia"ya istinadən veridiyi məlumata görə, bu barədə ölkənin baş naziri İrakli Qaribaşvili keçirdiyi brifinqdə deyib. O bildirib ki, bu vəzifəni Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Qeorqi Kvirikavaşvili icra edəcək.

Yeni xarici işlər naziri baş nazirin müavini vəzifəsinin icrasını davam etdirəcək.

Xatırladaq ki, Tamar Beruçaşvili 2014-cü ilin noyabrında nazir təyin olunmuşdu.