German Sterliqov: “Rusiya hüquq-mühafizə orqanları mənə necə məsləhət verəcəksə, o cür hərəkət edəcəyəm”

1 Sentyabr 2015 17:52 (UTC+04:00)

Movqe.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, G. Sterliqov bu məsələ ilə bağlı Rusiya hüquq-mühafizə orqanları və hüquqşünasları ilə məsləhətləşmək istəyir: "Mən Azərbaycan tərəfinin bu təşəbbüsündən hələlik xəbərdar deyiləm. Rusiya Federasiyası hüquq-mühafizə orqanları mənə necə məsləhət verəcəksə, o şəkildə hərəkət edəcəyəm. Hüquqşünaslarla məsləhətləşmək lazımdır. Mən Azərbaycan qanunvericiliyinə tabe deyiləm, Rusiyada yaşayıram".

Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu German Sterliqovun təqsirləndirilən şəxs qismində dindirilməsi üçün Moskva şəhərinə ezam olunub.