"Qarabağ" Reynaldonu satır?

2 Sentyabr 2015 23:00 (UTC+04:00)

"Qarabağ" klubu braziliyalı hücumçusu Reynaldonu sata bilər. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib. O bildirib ki, hazırda Reynaldo üçün bir neçə klubdan təklif alıblar. Ancaq hələ qarşıda Avroliqanın qrup oyunları olduğu üçün bu barədə düşünmürlər. Ancaq Avroliqa zamanı daha səviyyəli klublardan sərfəli təklif alarlarsa sata bilərlər.