Modellər necə qidalanır?

3 Sentyabr 2015 13:40 (UTC+04:00)

Modellərin bədən formalarına baxa-baxa onlara həsəd aparanlar çoxdur. Bunu nəzərə alıb manikenlərin qidalanmasını təqdim edirik.

Qidalanmada əsas 4 gün xüsusi rejimlə olur.


Movqe.az modellər necə qidalandığı haqqında maraqlı məlumat təqdim edir. 


1-ci gün


Səhər yeməyində qurudulmuş meyvələr və yulaf əzməsi (qerkules) yeyin. Bir qayda olaraq süd için. Günorta yeməyində mərcimək şorbası, yulaflı keks və vitaminlə zəngin bir salat yeyin. Axşam yeməyinizi isə tərəvəzlərdən təşkil etsəniz daha yaxşı olar. Bu yeməklərdə yağ və duzdan istifadə etməyin . Tərəvəzlərlə birgə qaynadılmış düyüdən də istifadə edin.


2-ci gün


Səhər yeməyində bol miqdarda meyvə və tərəvəz yeyin. Günorta yeməyi sevdiyiniz tərəvəzləri suda bişirib az miqdarda yağ da əlavə edib yeyin. Aşxam yeməyi düyü və ya mərcimək şorbası məsləhət görülür.


3- cü gün


Yulaf əzməsinə bal qatıb istifadə edin. Günorta yeməyində yenə suda bişmiş tərəvəzlər və qatıq yeyin. Axşam yeməyi tərəvəzlərin suda bişmişi ilə birgə sobada bişmiş kartofdan istifadə məsləhət görülür. Daha sonra istədiyiniz qədər meyvədən də istifadə edə bilərsiz.


4- cü gün


Qızardılmış çörək və təbii balla səhər yeməyi sizi doyuracaq bir menyudur. Günorta yeməyində mərcimək və tərəvəz şorbalarından dadmalısınız. Axşam yeməyində isə özünüzün hazırladığı sousla qızardılmış tərəvəzləri yeyə bilərsiniz.

Unutmayın ki, 4 gün ərzində bu cür qidalanma sizin orqanizminizi xüsusi rejimə salaraq arıqlamanıza kömək edəcək.