Azərbaycanlı aparıcı qayınanasından nələr yazdı?
3 Sentyabr 2015 20:37 (UTC+04:00)
ANS-in aparıcısı Qənirə Ataşova qayınanasından
bəhs edib. Movqe.az-ın məlumatına görə,
aparıcı sosial şəbəkədə "Qayınanadan ana olarmı?" başlıqlı
yazısında bunları vurğulayıb:
"Səninlə ilk tanışlığım oğlunla başladı. Anasından
danışarkən daha çox yatıb, ya da kitab oxuyur sözünü eşidirdim.
Gündüzlərdə yatmaq olar? Sonra tanış olduq. Olduqca savadlı olan
xanımla dil tapmaq çətin olmadı. Qəribədir... Söhbətimizin ilk
mövzusu cüzamlı xəstələrlə bağlı oldu, sonra məndən "Ovod"u oxuyub
oxumadığımı soruşdun. Ardınca "Padre"ni müzakirə etdik. Oralara
hardan gəldiyimizi xatırlamıram. Sonra qohum
olduq.
Yaxşı insan olduğunu anamı itirdiyimiz gecə
gördüm. Bizi tək buraxmadın. Dəfndən sonra, ilk gecə yatmaq olmur.
Sən isə səhərə kimi anamızın cənnətdə olduğunu deməklə bizi
ovutmağa çalışdın. Açıq deyirəm səni tək qızına qısqandım. Bu da
anamı itirəndən sonra ana-balaların birgə söhbətini görmək
istəməməyimdən irəli gəlirdi. Anasını 23 yaşında itirənlər məni
başa düşər. Bu dönəm keçici olur. Özümü tərbiyyə etməyi bacardım.
Sonra anladım ki, qızın da səni mənə qısqanır. İlk uğurun bizim
aramızı düzəltməyin oldu. Necə düzəltdinsə, illərdir aramızdan
kiçik inciklik belə keçməyib. İradəni isə övladın agir xəstəliklə
çarpışanda gördüm. Gözündən bir damla olsa belə yaş axıtmadan, "Mən
inanıram, o sağalacaq" deməklə..... Onu sağaltdın. Sənin sayəndə
mən də təcrübə toplayırdım.
İşdən yorğun gələndə isə qarşıma isti yeməyi də
sən qoydun. Bir dəfə də olsun yoruldum dediyini eşitmədim. Hər
süjetimə obyektiv, lazım gələndə tənqidlə də yanaşa bildin.
Bilmədiklərimi isə səndən öyrəndim (Xüsusən də ikinci dünya
müharibəsi ilə bağlı). Düzdü, sizdə olduğum ilk gün mənə anadan
başqa nə istəsən deyə bilərsən söyləmişdin.
Sonradan isə mənə analıq etdin, hətta sənə ana
deməyimi istədin. Ox yaydan 2005-ci ildə çıxdığı üçün bunu edə
bilmədim. Bəzən isə bir-birmizə o qədər yaxın olduq ki, çaşıb
rəhmətlik anamı çağırdığım kimi sənə sadəcə, "Ma" deyə müraciət
etmələrim də oldu. Səhvimi isə tez düzəldər, "Ma" dediyim uçun
utanırdım. Mamamdan sonra işlətmədiyim "Ma" kəlməsi necə ola bilər
ki, illər sonra ağzimdan çixib? Bu suala hələ də cavab tapa
bilmirəm. Bizi birləşdirən Fərhad və Ceyhun isə məndən çox səni
sevdilər. Açıq deyirəm zarafatlarıma baxma, heç zaman onların
sevgisini sənə qısqanmadım. Səhvlərini məndən gizlədəndə isə sənə
hirslənər və təkrarlanmayacağına dair səndən söz alardım, sən isə
əməl etməzdin. Mən də tapmaq üzrə mütəxəssis olduğumdan uşaqlarla
bağlı gizlətdiklərini ortaya çıxarardım. Ən ağır sözün "Nənə
olarsan məni başa düşərsən" oldu.
Mənim ən çox işlətdiyim kəlmələrdən biri də
"Məhruyyə xala" oldu. Bu sözü o qədər çox işlətmişəm ki, hətta
iclasın ən qızğın yerində rəhbərlərimə Məhruyyə xala deyə müraciət
etmələrim də olub. Bu o qədər çox olub ki, iş yerimdə xoş xatirəyə
də çevirilib. Bu gün sənin 69 yaşın olur. Bizim yollarımız indi
ayrılıb. Hətta bir-birimizə yad olsaq da Sən mənim üçün bu
dünyanın ən gözəl insanısan. Sən gözəl qadınsan".