Ərdoğan PKK-ya görə futboldan imtina etdi

3 Sentyabr 2015 21:30 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu Türkiyə ilə Latviya milli komandaları arasında keçiriləcək futbol matçına getməyəcək. Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb PKK-nın terror hücumu nəticəsində 4 polisin şəhid olmasıdır. Qeyd edək ki, oyun Türkiyənin Konya şəhərində baş tutacaq.