Sekuta Elçin Quliyevlə görüşüb

3 Sentyabr 2015 19:15 (UTC+04:00)

"Dövlət Sərhəd Xidməti əsas tərəfdaşdır".

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Robert Sekuta Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə görüşüb.

Movqe.az ABŞ-ın Azərbaycandakı səfirliyinin Twitter səhifəsinə istinadla xəbər verir ki, Robert Sekuta görüşdə Dövlət Sərhəd Xidməti (DSX) ilə regionda təhlükəsizliyin artırılması üçün edə biləcəyi addımları müzakirə edib.

Səfir qeyd edib ki, DSX regionda və regiondan kənarda insan alverinə qarşı mübarizədə əsas tərəfdaşdır.

Robert Sekuta Elçin Quliyevə Azərbaycan sərhədlərinin qorunması işində göstərdiyi tərəfdaşlığa görə təşəkkür edib.

Məlumatda qeyd olunub ki, ABŞ hökuməti regional təhlükəsizliyin möhkəmləndirilməsi üçün DSX-ni ən son avadanlıqlarla təmin edib.