Komandamız ruslara imkan vermədi

4 Sentyabr 2015 15:10 (UTC+04:00)

Bakıda təlim-məşq toplanışında davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib. 

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Faiq Qarayevin yetirmələri Bakıda birgə hazırlıq keçdikləri Rusiyanın "Uraloçka" komandası ilə qarşılaşıb. Görüş komandamızın asan qələbəsi ilə başa çatıb. Voleybolçularımız rəqibini 3:1 hesabı ilə məğlub ediblər. Qeyd edək ki, Belçika və Hollandiyada keçiriləcək Avropa çempionatına hazırlaşan millimizin "Uraloçka" ilə daha 2 matçda qarşılaşacağı gözlənilir.