Braziliyada yol qəzası nəticəsində 14 nəfər ölüb

7 Sentyabr 2015 09:45 (UTC+04:00)

Braziliyada sərnişin avtobusunun qəzaya uğramağı nəticəsində 14 nəfər ölüb, 30-a yaxın adam yaralanıb. 


Movqe.az xəbər verir ki, qəza Atlantik okeanın sahilində yerləşən Parati vilayətində baş verib. Avtobusda ümumilikdə 50 nəfər olub.


Qəzanın səbəbləri müəyyən edilməyib, araşdırma aparılır. Yaralananlar xəstəxanaya çatdırılıb.