Gəncədə yolu süpürən qadını maşın vurub

8 Sentyabr 2015 13:35 (UTC+04:00)

Gəncədə yol süpürən qadını maşın vurub.

Movqe.az APA-ya istinadən  xəbər verir ki,  hadisə ötən gecə şəhərin Nizami küçəsində qeydə alınıb. Yolu süpürən 1983-cü il təvəllüdlü Rəsmiyyə İsmayılova yolla hərəkət edən avtomobil tərəfindən vurulub. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.