Daha bir hamilə qadın sığınacağa sığındı-Təfərrüat

8 Sentyabr 2015 17:47 (UTC+04:00)
Rusiya vətəndaşı olan hamilə qadın L. O (adı şərtidir) "Təmiz Dünya" İctimai Birliyinin sığınacağına sığınıb. Movqe.az-a "Təmiz Dünya" İctimai Birliyindən verilən məlumata görə, qadının ölkədən deportasiya edilməsi üçün Rusiya səfirliyinə müraciət edilsə də, səfirlik qadına Rusiya vətəndaşı olduğunu təsdiqləyən sənəd vermir: "Qadının ölkədən çıxarılması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də, qadın DMX-nın sığınacağına yerləşdirilməyib: "Qadının sənədləri itib. Amma özü Rusiya vətəndaşı olduğunu deyir. Bununla belə Rusiya səfirliyi qadına Rusiya vətəndaşlığını təsdiqləyən sənəd vermir ki, qadın öz ölkəsinə deportasiya edilsin". 

Qadının 41 yaşı var.