Qarışıq döyüş növləri üzrə respublika çempionatı təşkil olunub

9 Sentyabr 2015 18:11 (UTC+04:00)

Lənkərandakı Cənub Regional Boks Mərkəzində qarışıq döyüş növləri üzrə respublika çempionatı təşkil olunub. Movqe.az Goal.az-a istinadən  xəbər verir ki,bütün yaş qruplarını əhatə edən çempionatda 220 idmançı qələbə uğrunda mübarizə aparıb. Yarışa 44 idmançı ilə qoşulan lənkəranlılar 25 medala sahib olublar. Bunun 9-u qızıl, 13-ü gümüş, 3-ü isə bürünc medaldır. Ümumi komanda hesabında lənkəranlı idmançılar birinci yeri qazanıblar. Qeyd edək ki, qarışıq döyüş idman növü üzrə respublika yarışları ildə iki dəfə keçirilir.