Makedoniya millisinin üzvü rəsmən "Qarabağ"da

10 Sentyabr 2015 14:45 (UTC+04:00)

"Qarabağ" növbəti transferini gerçəkləşdirib.Movqe.az  Goal.az-a isitinadən xəbər verir ki, Ağdam təmsilçisi makedoniyalı futbolçu Vladimir Dimitrovskini transfer edib. Makedoniya yığmasının üzvü ilə iki illik müqavilə imzalanıb. Artıq 26 yaşlı müdafiəçinin adı Peşəkar Futbol Liqasına sifariş edilib.

Daha öncə Makedoniya Futbol Federasiyası azad agent olan Dimitrovskiyə transfer vərəqəsini vermədiyi üçün onun "Qarabağ"a keçidinin rəsmiləşməsi yubanıb. Busəbəbdən Ağdam təmsilçisi futbolçunun adını Avropa Liqasının qrup mərhələsinin oyunları üçün UEFA-yasifariş edə bilməyib. Bu isə o deməkdir ki, Dimitrovski Azərbaycan Premyer Liqasının oyunlarından fərqli olaraq, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a kömək edə bilməyəcək.