Azərbaycan Yaponiya və Vyetnama aviauçuşlar təşkil edir

10 Sentyabr 2015 19:20 (UTC+04:00)

Yaxın vaxtlarda Uzaq Şərqə uçmaq mümkün olacaq

Azərbaycan beynəlxalq aviauçuşların coğrafiyasını genişləndirir. Yaxın vaxtlarda paytaxt Bakıdan Yaponiya və Vyetnama aviauçuşların təşkili nəzərdə tutulub.

Movqe.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Silk Way West Airlines" yük aviaşirkətinin rəhbəri Kamran Qasımov məlumat verib.

Onun sözlərinə görə, sentyabr ayında şirkət Yaponiya və Vyetnama yeni aviauçuşların təşkilini planlaşdırır.

Qeyd edək ki, bu ilin ilk 6 ayında aviaşirkətin yük dövriyyəsi 20-30% azalıb.