Aktyor Vəliəhd Vəliyev dünyasını dəyişib

11 Sentyabr 2015 13:01 (UTC+04:00)

Aktyor Vəliəhd Vəliyev dünyasını dəyişib.

Movqe.az-ın məlumatına görə, V. Vəliyev sentyabrın 10-da uzun sürən xəstəlikdən sonra Nyu-Yorkda vəfat edib.

Mərhum xərçəng xəstəliyindən əziyyət çəkirmiş. V. Vəliyev 2000-ci ildən bəri yaşadığı Nyu-Yorkda dəfn olunacaq.

Qeyd edək ki, V. Vəliyev 1952-ci ildə Daşkəsəndə anadan olub. 1975-1979-cu ildə Moskvada təhsil alıb. 1979-cu ildən "Azərbaycanfilm" kinostudiyasında filmlərdə çəkilib.Əsasən epizodik rolların ifaçısı olub. Oynadığı obrazlardan ən yaddaqalanı "Evlənmək İstəyirəm" filmindəki Əhməd bəy obrazıdır. Aktyor "Bəyin oğurlanması", "Qanlı zəmi", "Qara Volqa", "Ölsəm, bağışla" və s. filmlərə epizodik rollarda çəkilib.