Azərbaycan bankları müştəriləri ilə münasibətlərini elektronlaşdırır

11 Sentyabr 2015 14:02 (UTC+04:00)

Azərbaycanın Bank Sertifikat Xidmətləri Mərkəzinin banklarda qeydiyyat mərkəzləri yaradılacaq.


Movqe.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini Vahid Qurbanlı deyib.

Onun sözlərinə görə, bu, bankların müştəriləri ilə münasibətlərinin avtomatlaşdırılmasına xidmət edəcək: "Banklar öz müştərilərinə bu sertifikat xidmət mərkəzlərinin sertifikatlarını verəcək ki, öz müştəriləri ilə əməliyyatları elektronlaşdıra bilsinlər. Artıq bu istiqamətdə ilkin mərhələyə keçilib. Mərkəz rəsmi olaraq akkreditasiyadan keçib və Mərkəzi Bankın korporativ sistemlərində bu sertifikatlar tətbiq olunur".