Nursultan Nazarbayev: “Böyük türk ölkəsi bizim ümumi vətənimizdir”

11 Sentyabr 2015 15:01 (UTC+04:00)

"Böyük türk ölkəsi bizim ulu babalarımızın ümumi vətənidir".


Movqe.az-ın verdiyi məlumata görə, bu sözləri Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qazax xanlığının yaranmasının 550 illiyinə həsr olunmuş təntənəli yığıncaqda çıxış edərkən deyib. O bildirib ki, dil və mədəni bağlar Şimal Buzlu okeandan Aralıq dənizinə qədər olan ərazilərdə yaşayan türk xalqlarını bir-birinə birləşdirir: "Böyük türk ölkəsi ümumi əcdadlarımız, qəhrəmanlarımız və ümumi mənəvi zənginliyimizdir və hamımızın ümumi vətənidir".