Dövlət Sərhəd Xidmətinin yeni gözətçi gəmisi xidməti-döyüş fəaliyyətinə başlayıb

11 Sentyabr 2015 15:11 (UTC+04:00)

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatmış S-201 №-li sərhəd gözətçi gəmisi xidməti-döyüş fəaliyyətinə başlaması ilə əlaqədar Xəzər dənizinə endirilib.


Bu barədə DSX-nın mətbuat mərkəzi məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev sentyabrın 7-də gəmiyə baxış keçirib.