Ağdamda tələfatla nəticələnən yanğın baş verib

12 Sentyabr 2015 15:00 (UTC+04:00)

Ağdamda tələfatla nəticələnən yanğın hadisəsi qeydə alınıb.


Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağdam rayonu, Baharlı kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan tövlənin qamışdan ibarət dam örtüyünün yanar konstruksiyaları yanıb.


Yanğın zamanı tövlədə olan 2 iribuynuzlu heyvanın biri tüstüdən boğularaq tələf olub, digəri isə yanğınsöndürənlər tərəfindən xilas edilib. Yaxınlıqdakı ot bağlamaları yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.