Azərbaycan XİN: Məkkədəki hadisədə zərər çəkənlər arasında Azərbaycanı vətəndaşlarının olub-olmaması araşdırılır

12 Sentyabr 2015 17:00 (UTC+04:00)

Səfirlik Səudiyyə Ərəbistanının dövlət qurumları ilə əlaqə saxlayır


"Məkkədə baş vermiş hadisədə zərər çəkənlər arasında Azərbaycan Respublikası vətəndaşlarının olub-olmaması Səudiyyə Ərəbistanındakı səfirliyimiz tərəfindən araşdırılır".

Bunu Movqe.az-a açıqlamasında Azərbaycan Xarici İşlәr Nazirliyinin mәtbuat katibi Hikmәt Hacıyev deyib.O bildirib ki, səfirlik məsələ ilə bağlı Səudiyyə Ərəbistanının dövlət qurumları ilə əlaqə saxlayır.


Qeyd edәk ki, sentyabrın 11-də Kəbədə qaldırıcı kran aşaraq yaxınlıqdakı tikilinin divarını uçurub. Nәticәdә çoxlu sayda insan ölüb. Son məlumata görə, ölənlərin sayı 107 nəfərə çatıb, 238 nəfər xəsarət alıb. Faciə "Məscidül-Həram" məscidinin genişləndirilməsi işləri zamanı baş verib.