Bakıda axtarışda olan şəxs tutulub

14 Sentyabr 2015 13:15 (UTC+04:00)

Bakıda axtarışda olan şəxs saxlanıb.

Movqe.az-ın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsindən bildirilib ki, Dövlət Yol Polis İdarəsi və Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1981-ci il təvəllüdlü Rasim Qasımov tutulub.