Sevda: "Onlarla birdəfəlik danışmayacam"

14 Sentyabr 2015 13:33 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, sənətçi bu haqda "Onlar"a açıqlamasında deyib:


"Konsertimə gəlməyənlərlə münasibəti kəsdim. Birdəfəlik danışmamaq qərarına gəlmişəm. Görünür ki, onlar məni istəmirlər. Belə halda mən də onları dünəndən istəmirəm. Mənə bir addım atana, on addım yaxınlaşaram. Onları sayıb, dəvət etmişdim. Bu cür halları şişirtməyi sevmirəm. Əsas odur ki, lap ürəyim istəyənlər yanımda idi. Həmişə təqdimatımda, xoş günümdə, dəvət etdiyim hər yerə gələnlər yaxın dostlarımdır. Məyus olmadım, sadəcə düşündüm ki, ən azından telefonla zəng vurub, xəbər edərdilər".