Gələn il qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi üçün 224,4 milyon manat ayrılacaq

14 Sentyabr 2015 22:02 (UTC+04:00)

Gələn il qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi tədbirlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitin həcmi açıqlanıb.


Movqe.az-ın məlumatına görə, gələn il üçün dövlət büdcəsinin layihəsində qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi tədbirlərinin maliyyələşdirilməsinə 224, 4 milyon manat yönəldilməsi nəzərdə tutulub.


Bu vəsait Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə ayrılacaq.