Siyavuş Novruzov: YAP-da 53 nəfərin namizədliyi yenidən irəli sürülüb

15 Sentyabr 2015 18:06 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərin 53 nəfərinin namizədliyi yenidən irəli sürülüb. Movqe.az-ın məlumatına görə, bunu Trend-ə YAP İcra katibinin müavini Siyavuş Novruzov deyib.


O bildirib ki, iclasda partiyanın namizədlər siyahısı barədə qərar verilib.


Onun sözlərinə görə, YAP hazırda Milli Məclisdə təmsil olunan deputatlarının əksəriyyətinin siyahı üzrə yenidən namizədliyini irəli sürüb.


Onun sözlərinə görə, namizədlikləri irəli sürülməyənlər əsasən rektor deputatlardır: "Seçim qoyuldu: ya rektorluq, ya parlament. Ona görə də qərar verildi ki, rektorların bir hissəsi parlamentdə qalsın, digərləri isə rektor kimi fəaliyyətlərini davam etdirsin".