Hava, dəmir yolu və avtomobil nəqliyyatının yükdaşıma qiymətlərində dəyişiklik müşahidə olunmayıb

17 Sentyabr 2015 14:00 (UTC+04:00)

Dövlət Statistika Komitəsindən bildirilib ki, ay ərzində boru kəməri vasitəsilə neftin nəqli üçün nasos kompressor stansiyalarında qazın sərfiyyatının aşağı düşməsi nəticəsində neftin nəql olunması qiyməti 0,4 faiz, qazın nəqli və dəniz nəqliyyatında beynəlxalq yükdaşıma qiymətləri 0,1 faiz ucuzlaşıb.


Hava, dəmir yolu və avtomobil nəqliyyatında isə yükdaşıma qiymətlərində dəyişiklik müşahidə olunmayıb.