Gürcüstana gedən azərbaycanlılara xəbərdarlıq edildi
15 Aprel 2012 19:13 (UTC+04:00)
Azərbaycan Xarici İşlər
Nazirliyi Gürcüstana səfər
edənlərə xəbərdarlıq edib. Nazirlik Azərbaycan
Respublikasının vətəndaşlarını Gürcüstanın hökuməti
tərəfindən nəzarət edilməyən
ərazilərinə bu ölkənin
müvafiq dövlət orqanlarının
icazəsi olmadan səfər
etməkdən çəkinməyə çağırır. Gürcüstan qanunvericiliyinə əsasən belə
səfərlər qeyri-qanuni hesab
edilir və
səfər etmiş şəxslər
müvafiq olaraq cəzalandırılır.
"Bunları
nəzərə alaraq, Gürcüstana səfər
etmək istəyən Azərbaycan
Respublikası vətəndaşlarının diqqətinə çatdırılır
ki,
bu ölkəyə
səfər edən zaman
yuxarıda qeyd edilən
məqamı nəzərə alsınlar".