Titanikin yüzilliyi qeyd edilib
16 Aprel 2012 12:51 (UTC+04:00)
Mövqe.az CNN-ə istinadan xəbər verir ki, Şimali Atlantika okeanında
Azarama Səfəri adı altında bazar günü səhər tezdən iki böyük
gəmidən çələnglər atmaqla bu nəhəng fəlakətin 100-cü il dönümünü
qeyd ediblər.
450 sərnişin kirayələnmiş "Titanik Xatirə Gəmisi"nə yığışıb sakitcə
oturaraq Titanikdə məhv olan 1503 nəfərin adlarına ekranlarda
baxaraq onları yad ediblər.
Mərasim davam edib.
Müqəddəs. Robert Lorens söyləyib ki,"Biz bu gecə 100 il əvvəl
Titanik gəmisində ölənlər üçün, onların bütün qohumları üçün həz
zaman dua edirik".
Həlak olanların bütün yaxınları mərasimə toplanan insanlar arasında
olub.
Gecənin əvvəlində sərnişinlərə Titanikin həyəcan siqnalınının işə
salındığı yerdə olduqlarını elan ediblər.
Bir neçə saat sonra isə, həlak olan insanların şərəfinə suya iki
çələng atılıb.
Ziba Yusifova