Rusiyada internetə qara siyahı tətbiqi başlayıb

1 Noyabr 2012 16:52 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Rusiyada uşaqları internetdəki zərərli video və məlumatlardan qorumaq üçün hökumətə saytlara daxil olma qadağa səlahiyyəti verən qanun qüvvəyə minib.Qanunu Rusiya prezidenti Vladimir Putin iyul ayında imzalamışdı. Rəsmilər hədəflərinin uşaqlara cinsi tacizi göstərən, intihar üsulları haqqında məlumat verən, narkotik istifadəsini təşviq edən və pornoqrafiyada uşaqları istifadə edən saytlardan qorumaq olduğunu bildirib.