Müəssisələr də mobilləşəcək

2 Noyabr 2012 15:45 (UTC+04:00)
Movqe.az xəbər verir ki, "Gartner" araşdırma şirkətinin hesabatından verilən məlumatlara görə 2017-ci ildə qlobal müəssisələrin 65 faizi Mobil Cihaz Rəhbərliyi  həlli yolundan istifadə edəcək. Hesabata görə, şəbəkə nəqliyyatında "ağıllı" mobil telefonları və tablet kompüterlər kimi mobil cihazların daha çox yer alması səbəbindən müəssələr sistemlərini mobil dünyaya uyğun hala gətirmək vəziyyətində qalır. ''PC dövrü sona çatdı'' fikirinə yer verilən hesabatda, işçilərin ehtiyac duyduqları hər şeyi, hər zaman və hər yerdə mobil olaraq əldə etdiklərilə bağlı ötən gün sorğu keçirilib. Hesabatda, mobil iş imkanının şirkətlərə həm rahatlıq, həm də məhsuldarlıq verdiyi qeyd edilib və təhlükəsizlik risklərinə baxmayaraq hər ötən gün daha çox tələb görüldüyü ifadə edilib. "Gartner" 2017-ci ilə qədər müəssisələrin 90 faizinin iki və daha çox mobil əməliyyat sistemini dəstəkləyəcəyini də nəzərdə tutur.