Yeni vertolyot xidmətinə başladı
2 Noyabr 2012 17:21 (UTC+04:00)
Movqe.Az bildirir ki, Çinin ən böyük
pilotsuz vertolyotu ölkənin şərqindəki Şandonq əyalətində xidmətə
başlayıb. Rəsmilər, orta həcmli vertolyotun bütün sınaqlardan
keçdiyini və tam olaraq istifadəyə hazır olduğunu söyləyiblər.
Rəsmi "Xinhua" agentliyinin xəbərinə görə, 80 kiloqram yük daşıya
bilən və maksimum sürəti saatda 161 kilometr olan vertolyotun,
1950-ci illərin "Brantly B2" modeli ilə bəzi diqqətə çarpan dizayn
bənzərlikləri var. Xəbərdə, vertolyotun havada dörd saat qala
bildiyi, maksimum 10 min fit xidmət səviyyəsinə sahib olduğu, 150
kilometrdən idarə edilə bildiyi və ya müstəqil uçuşa proqramlana
bildiyi qeyd edilib. Vertolyotun, "Weifang Tianxiang Aerospace
Industry Co.Ltd.", "Qingdao Hail helicopters Manufacturing Co.
Ltd", "China National Aero-Technology Import and Export
Corporation" şirkətləri tərəfindən ortaq şəkildə yaradıldığı
bildirilir. Verilən məlumatlara görə, vertolyotdan ən az 15 nümunə
sifariş edilib.