Azərbaycanın ilk telekommunikasiya peyki Azerspace-nin buraxılması 2013-cü ilin fevralının birinci ongünlüyündə baş tutacaq.
Bu barədə Bakıda keçirilən Regional Rabitə Birliyi
Administrasiyası (RRBA) rəhbərlərinin 47-ci toplantısı və MDB-yə
üzv dövlətlərin RRBA yanında informatikləşmə üzrə 18-ci
Koordinasiya Şurasının birgə iclasında Azərbaycanın baş nazirinin
birinci müaviniAbid Şərifovbildirib.
Onun sözlərinə görə, peykin əhatə zonasına Avropa, Asiya və Afrika
ölkələri, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvləri
olan dövlətlər daxil olacaq.
"Azərbaycanın ilk telekommunikasiya peykinin göstərdiyi xidmətlər
İƏT ölkələri arasında əməkdaşlığın inkişafına yardım edəcək" –
deyə, A.Şərifov bildirib.