Movqe.az xəbər verir ki, Misir prezidenti Məhəmməd Mursi Rusiya Prezidenti Vladimir Putinin dəvətini qəbul etdiyi bildirilib. Misir nümayəndəsi Yasir Əli, Rusiya xarici işlər naziri Sergey Lavrovun prezident Mursiyə Rusiya dövlət başçısı Putinin dəvətini çatdırdığını, Mursinin isə Lavrova,'' mümkün olan ilk fürsətdə'' dəvətə qarşılıq verəcəyini qeyd edib. Lavrov Mursiyə Rusiyanın ticarət, sənaye və elm sahələrində Misirlə əməkdaşlığa hazır olduğunu söyləyərək, Rusiyanın Suriya və Fələstin məsələsində də Misir ilə əməkdaşlıq etməsinin əhəmiyyətli olduğunu vurğulayıb.