Movqe.Az xəbər verir ki, "Kanaltürk"
kanalında yayımlanan "Top Bizde" proqramının aparıcısı keçmiş
futbolçu Sergen Yalçına canlı yayımda doğum günü sürprizi edilib.
Acun İlicalı, Gökhan Şükür və aktyor Nihat Altınkaya, canlı yayım
zamanı əllərində tort proqrama gəliblər ve Sergen Yalçının doğum
gününü təbrik ediblər. Digər tərəfdən şərhçi və keçmiş futbolçu
Rıdvan Dilmen də canlı yayına telefonla bağlanaraq Sergen Yalçının
yeni yaşını tebrik edib.