Barak Obama:"Bunu siz etdiniz"

7 Noyabr 2012 11:49 (UTC+04:00)
"Bu necə baş verdi? İstəyirəm biləsiniz ki, bu nə qismət, nə də təsadüfdür. Bunu siz etdiniz". Bu sözləri ötən gün ABŞ-da keçiriləın prezident seçkisinin qalibi Barak Obama bəyanatında belə qeyd edib.
O, "Twitter" səhifəsində də çıxışını yerləşdirib. Səhifədə yazı ilə bərabər həyat yoldaşı Mişel Obama ilə birgə qucaqlaşdıqları şəkili də yerləşdirib. Şəkilin altında isə belə yazıb: "Daha 4 il. Bu, bütün zamanların ən yaxşı tvitti oldu".