Normal qidalanmamaq "Alçheimer" xəstəliyini sürətləndirir
7 Noyabr 2012 15:13 (UTC+04:00)
Movqe.Az bildirir ki, Gənc yaşlarından
normal qidalanmamaq alçheimer xəstəliyinə tutulma riskini
sürətləndirir. Alçheimer dövrün ən əhəmiyyətli
xəstəliklərindən biridir. 2050-ci ildə dünyada bu xəstəliyin ən çox
Meksika, Hindistan, Çin və Türkiyədə yayılmasının güman edilir.
Həkimlər bildiriblər ki, '' Xüsusilə dövrün xəstəliyi olaraq qəbul
edilən şəkər xəstəliyi və normal qidalanmamaq alçheimer xəstəliyini
sürətləndir. Bədəndə insulin müqavimətinə gətirib çıxaran bol
miqdarda şəkər ehtiva edən qazlı içkilər, içərisində zərərli
yağların olduğu qızartma yeməklər bədənin damar və sinir
hüceyrələrində problemlərə səbəb olar. Bütün bu hadisələrin
içərisində yaddaş və yaddaşla əlaqədar bir çox problem də özünü
göstərməyə başlayar.'' Xəstəliyin yaşlılıq dövründə özbaşına
meydana gəldiyi istiqamətində səhv düşüncələr olduğunu bildirən
həkimlər qeyd ediblər ki, ''Bu xəstəlik qocalanda özbaşına yaranan
xəstəlik deyil. Bu xəstəliyi təyin edən uşaqlıq və orta yaş
dövründəki qidalanma vərdişlərimizdir. Əgər uşaqlarımıza, gənclərə
sağlam qidalanmanın əhəmiyyətini başa sala bilsək, ürək, damar və
beyin sağlamlıqlarını qoruya bilərik. Normal qidalanma rejimi
olmasa, alçheimer və iflic kimi müxtəlif xəstəliklər yaranacaq.''