Çiplərin satış həcmi azalır
7 Noyabr 2012 16:02 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Yarımkeçiricilər
Sənayesi Assosiasiyasının (Semiconductor Industry Association, SIA)
növbəti hesabatına əsasən, 2012-ci ilin sentyabrında yarımkeçirici
satışlarının həcmi 24,79 milyard ABŞ dollarına bərabər olub. Bu
göstərici ötən ayla müqayisədə 2 faiz çoxdur.
Movqe.Az "dailycomm.ru" saytına istinadən bildirir ki, 2012-ci ilin
üçüncü rübündə çip satışlarından əldə olunan mədaxil 74,4 milyard
dollar təşkil edib. Bu göstərici ötən rüblə müqayisədə 1,8 faiz
artıb. Lakin 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə satış həcmi
4.7 faiz azalıb.
"Yarımkeçirici satışlarının artması dünya iqtisadiyyatındakı
qeyri-stabil vəziyyətə baxmayaraq, bu seqmentdə nisbi sabitlik
yaranmasından xəbər verir. Bununla belə, yarımkeçirici sənayesinin
göstəriciləri ötənilki nəticələrdən geri qalır" – "SIA"-nın
prezidenti və icraçı direktoru Brayan Tuhi (Brian Toohey) qeyd
edib.